“Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik” – İlham Əliyev 

“Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik” – İlham Əliyev 

Hazırda oxunan: “Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik” – İlham Əliyev 
115690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Nəticə etibarilə bu dəmir yolu Xəzər dənizi tərəfə, bizim istiqamətə uzanacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib. 

Dövlətimizin başçısı deyib ki, bununla yanaşı, təkcə Şərq-Qərb deyil, həmçinin Qərb-Şərq nəqliyyat marşrutunun üstünlükləri üzərində işləmək lazımdır:

“Buna qədər diqqət yüklərin Çindən Mərkəzi Asiyaya və daha sonra Avropaya nəql olunmasına yönəldilib. Biz əks istiqamətdə yüklərin daşınması haqqında düşünməliyik. Bunun üçün isə əks istiqamətdə biznes mühitinin də hədəflərimizə müvafiq olması lazımdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO