Avropa İttifaqı Azərbaycanda təqaüd sisteminə 1,5 milyon AVRO AYIRDI

Avropa İttifaqı Azərbaycanda təqaüd sisteminə 1,5 milyon AVRO AYIRDI

Hazırda oxunan: Avropa İttifaqı Azərbaycanda təqaüd sisteminə 1,5 milyon AVRO AYIRDI
115153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropa İttifaqı və Azərbaycan arasında sosial sahədə uğurlu əməkdaşlıq mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Aİ-nin tvinninq layihəsinin açılış mərasimində bildirib.

Peter Mixalko qeyd edib ki, bu layihənin birinci mərhələsi artıq uğurla icra olunub: “Bu, Aİ və Azərbaycan arasında sosial sahədə uğurlu əməkdaşlığın elementidir.
Avropa İttifaqı Azərbaycanda ictimai xidmətin, dayanıqlılığın inkişafına, ictimai institutların effektivliyinin artırılmasına dəstək verir. Aİ Azərbaycanla öz təcrübəsini bölüşür.

Təqaüd sistemi hər bir cəmiyyətdə təqaüd yaşına çatmış şəxslərin gəlir mənbəyidir. Bu sistemin inkişafı və dayanıqlılığı əksəriyyət ölkələrin sosial gündəliyində çox vacib yer tutur.

Aİ bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün 1,5 milyon avro maliyyə dəstəyi ayırıb. Bu layihə çərçivəsində hədəflərə çatılacağına ümid edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO