Aİ-Azərbaycan arasında yeni saziş imzalanacaq

Aİ-Azərbaycan arasında yeni saziş imzalanacaq

Hazırda oxunan: Aİ-Azərbaycan arasında yeni saziş imzalanacaq

109729

Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar davam edir və bu həftə danışıqlarla bağlı yeni görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, danışıqların uğurla irəlilədiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan Avropanın enerji təchizatı üçün daha real imkanlar təklif edir" - Peter Siyarto


“Hazırda danışıqlar üstün səviyyədədir və çox irəliləyib. Ancaq bəzi məqamlarla bağlı razılaşmanın əldə olunması ilə əlaqədar müzakirə davam edir. İnanıram ki, çox yaxın zamanda danışıqların tamamlanması və yeni sazişin əldə olunmasına şahid olacağıq”, - səfir əlavə edib.

Səfir Aİ-nin Qarabağın yenidən qurulması və bərpası ilə bağlı layihələrdə maraqlı olduğunu qeyd edib.

"Lakin biz hökumətdən hansı layihələrin prioritet olduğu barədə məlumat gözləyirik. Bundan sonra biz hansı layihələrdə iştirak edib, investisiya qoya biləcəyimiz barədə düşünə bilərik. İqtisadi və İnvestisiya Planı ilə bağlı yaradılan İşçi qrup dəstəklənəcək layihələrlə bağlı məlumatı açıqlayacaq və bundan sonra biz qərar verəcəyik", o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO