“Zəngilan Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilk mərhələsidir” – Razi Nurullayev 

“Zəngilan Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilk mərhələsidir” – Razi Nurullayev 

Hazırda oxunan: “Zəngilan Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilk mərhələsidir” – Razi Nurullayev 
100489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Zəngilan Beynəlxalq Hava Limanının açılması tariximizin ən zəngin səhifəsidir. İlham Əliyevin və Ərdoğanın təyyarəsinin ikinci dəfə Qarabağa eniş etməsi, sərhədlərimizdə Arazdan tank keçirən, bizə barmaq silkələyən ölkələrə cavabdır”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Zəngilan hava limanının açılmasını şərh edərkən bildirib. 

“Məhz Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsidir. Bu hava limanı koridora qarşı müqavimət göstərən ölkələri çıxılmaz vəziyyətdə qoyur. Artıq ortada reallıq var. Başqa dəhlizlərə ehtiyac yoxdur. Zəngəzur hər kəsin maraqlarına cavab verir. 
Yadımdadır ki, daxildə radikal qüvvələr, xaricdə isə xainlər Qarabağda hava limanlarının tikintisinə mane olmaq istəyirdilər. Qoy indi reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan xalqından üzr istəsinlər” – deyə, Razi Nurullayev bildirib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO