Azərbaycanda “Omikron”a görə QAPANMA olacaq – Məktəblər isə...

Hazırda oxunan: Azərbaycanda “Omikron”a görə QAPANMA olacaq – Məktəblər isə...

54811

Ölkədə iki ildən çox tüğyan edən koronavirusla paralel bu virusun “Omikron” ştammı da aşkarlanıb. Xaricdən Azərbaycana gələn 12 nəfərdə bu virus qeydə alınıb. İnfeksionistlərin dediyinə görə əslində “Omikron” variantı ölkədə 2-3 həftədən çoxdur ki, mövcuddur.

Üstəlik mövsümü qriplər və uşaqlar arasında sürətlə yayılan “İnfluenza” infeksiyasına da yoluxma halları çoxalır. 

Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarronun açıqlamasına görə koronavirusun “Omikron” ştammının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ay da davam edəcək. Ekspertin fikrincə, “omikron”dan sonra başqa variantlar da ortaya çıxa bilər. Artıq dünyanın bir çox ölkəsində, xüsusilə Avropada “Omikron”la mübarizə tədbirlərinə başlanılıb. Bəzi ölkələrdə isə sərt karantin rejimi tətbiq edilib.

Maraqlıdır, bir neçə virusun tüğyan etdiyi Azərbaycanda da sərt karantin rejiminə gediləcəkmi?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında Azərbaycanda da “Omikron”a görə sərtləşmə baş verəcəyini istisna etməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusun "Omikron" ştamı AŞKARLANDI - RƏSMİ


“Ola bilər. Avropa, Türkiyə və başqa yerlərdə hansı metodlar təmin olunursa, bizdə də daha çox ona baxılır. İndi bunun təhlükə riski nə qədərdir, onu müvafiq qurumlar bilir. Hər halda vətəndaşların sağlamlığı üçün narahatlıq yaradırsa, bu istiqamətdə təxirəsalınmaz addımlar atılmalıdır. Lazım olarsa, müəyyən məhdudlaşmaya gedilə bilər. Amma elə etmək lazımdır ki, bu, vətəndaşların iş yerlərinə, ictimai nəqliyyatın fəaliyyətinə təsir etməsin.
 

Çünki vətəndaşın sıxıntıları çoxdur və bunun onların yaşam standartlarına təsiri olmasın. Bir şərtlə ki, virusdan qorunma vasitələrindən, xüsusilə ictimai nəqliyyatda və digər yerlərdə maskadan istifadə edilməsi ciddi şəkildə tələb olunsun”.


Deputat virusla mübarizədə məktəblərin qapadılması məsələsinə də toxunub. O, bildirib ki, əslində virus o qədər kütləviləşib ki, nəyisə bağlamaq da məsələnin həlli deyil:

“Məktəb də bağlananda bütün təhsil sistemi iflic olur. O baxımdan fərdi qorunma imkanları genişlənməlidir. Kim xəstədirsə, məktəbə getməsin. Ancaq bu yol məqbuldir. Başqa yol yoxdur. Bağlamaq COVID-dən də artıq problemlər yaradır. Mümkün qədər bağlanmaya getmədən qorunma yollarını tapmaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO