TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmir”

Hazırda oxunan: TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmir”

47294

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: 

“Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO