Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı açıqlandı

Hazırda oxunan: Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı açıqlandı

46864

“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onlar tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinifə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".

Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha bir məktəb distant təhsilə keçdi


Onun sözlərinə görə, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar:

“Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-ə yaxın məktəbdə belə hal olub. Əsaəsn böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-ə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-ə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO