“Qarabağdan qaçmamışam ki...” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

“Qarabağdan qaçmamışam ki...” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

Hazırda oxunan: “Qarabağdan qaçmamışam ki...” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”
92105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2020-ci ildə özünü “DQR Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən Qarabağdakı erməni işğalçı kontingentinin keçmiş komandiri, “Syamo” ləqəbli Samvel Babayan bəyanat yayaraq, fərariliklə bağlı ittihamları “yumağa çalışıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yerləşdirilib.

Xatırladaq ki, Babayan 44 günlük müharibənin sonunda Qarabağda növbəti müqavimətin mənasız olduğunu anlayaraq noyabrın 6-da İrəvana qaçıb və noyabrın 10-dək orada qalıb. 

Bəyanatda Babayan qeyd edir ki, o, noyabrın 6-da Qarabağdan qaçmayıb, Arayik Arutyunyanın tapşırığı ilə İrəvana gedib.

Komandir  həmin “sərəncamın” təfərrüatlarını açıqlamır. Onun fikrincə, bu, dövlət sirri təşkil edir.

Xatırladaq ki, “Təhlükəsizlik Şurasının katibi”nin İrəvana tələsik qaçmasından sonra Qarabağdakı işğalçı rejimin demək olar ki, bütün “rəsmiləri” ondan nümunə götürərək “aradan çıxıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO