"Niyə xüsusi nümayəndələrin görüşü Türkiyə və Ermənistanda keçirilməsin?” - Çavuşoğlu 

Hazırda oxunan: "Niyə xüsusi nümayəndələrin görüşü Türkiyə və Ermənistanda keçirilməsin?” - Çavuşoğlu 
82235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik".

Bizim.Media "NTV"yə istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu daxili işlər naziri Süleyman Soylu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner ilə birgə mətbuat konfransında bildirib. 

“İndiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər” – deyə XİN rəhbəri qeyd edib. 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqladı


Onun sözlərinə görə, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyir: 

“Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistana təzyiqdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO