Solovyov Azərbaycandan üzr istədi:

Solovyov Azərbaycandan üzr istədi: "Böyük siyasi səhv etmişəm" - VİDEO

Hazırda oxunan: Solovyov Azərbaycandan üzr istədi: "Böyük siyasi səhv etmişəm" - VİDEO
81503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycan tərəfindən üzr istəyib. 

Bizim.Media xəbər verir ki, Solovyov erməni separatçı David Babayanı “dqr” naziri kimi təqdim etdiyi üçün bu addımı atıb. 

“Mən böyük siyasi səhv etdim, çünki Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum” – deyə Solovyov qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT


O, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazır olduğunu söyləyib: 

“Təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm. Ona görə də mən bu mövzunu federal efirdə işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün, 44 günlük müharibə zamanı etdiyimiz kimi, mənə eyni vaxtda iki tərəfin mövqeyini ifadə etmək imkanı vermədiyim üçün üzr istəyirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO