Ərdoğanı özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşıladı – YENİLƏNİB

Ərdoğanı özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşıladı – YENİLƏNİB

Hazırda oxunan: Ərdoğanı özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşıladı – YENİLƏNİB

66901

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkəndə çatıb.

Bizim.Media xəbər verir ki, Türkiyə dövlət başçısını özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılayıb.

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və başqaları da səfərdədirlər.

Qeyd edək ki, Ərdoğanın özbəkistanlı həmkarı ilə görüşü planlaşdırılır. Onların ikitərəfli və regional məsələləri müzakirə edəcəyi bildirilib.

12.06***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərə yola düşüb.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.

Xatırladaq ki, Ərdoğan səfərdən öncə Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin keçirildiyi Dolmabaxça sarayına gəlib və tərəflərə uğurlar arzulayıb. Rusiyalı iş adamı Roman Abramoviç də tədbirdə Ərdoğanla görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO