“Azərbaycanın 5 bəndlik təklifində qəbuledilməz heç nə yoxdur” – Ermənistan XİN 

“Azərbaycanın 5 bəndlik təklifində qəbuledilməz heç nə yoxdur” – Ermənistan XİN 

Hazırda oxunan: “Azərbaycanın 5 bəndlik təklifində qəbuledilməz heç nə yoxdur” – Ermənistan XİN 
65971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan tərəfinin təqdim etdiyi 5 bənddən ibarət təkliflərdə qəbuledilməz heç nə yoxdur”. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 21-də Milli Assambleyada Xarici Əlaqələr üzrə Daimi Parlament Komissiyasının iclasında bildirib.

Mirzoyan fikirlərinin davamında qeyd edib ki, təkliflərin Ermənistan və Azərbaycan arasında mümkün sülh gündəliyinə tam təsir göstərmir:
 

MÖVZU İLƏ BAĞLI:

Nazir: “Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır”


“Bizim cavabımız məhz bu gündəliyin bütövlüyünü təmin etmək məqsədi daşıyırdı. Biz Qarabağın statusu və onun sakinlərinin hüquqlarının reallaşdırılması məsələsini prinsipial əhəmiyyət kəsb etdiyini qeyd etdik. Biz bu əsasda danışıqlara başlamağa hazırıq və məhz bu təkliflə ATƏT-in Minsk Qrupuna müraciət etdik”, - deyə Mirzoyan bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, sülh müqaviləsi üzrə danışıqlar BMT Nizamnaməsi, Helsinki Yekun Aktı əsasında təşkil edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO