Putinin mitinqində gözlənilməz hadisə - Bir anda çıxışı kəsildi və... - VİDEO

Putinin mitinqində gözlənilməz hadisə - Bir anda çıxışı kəsildi və... - VİDEO

Hazırda oxunan: Putinin mitinqində gözlənilməz hadisə - Bir anda çıxışı kəsildi və... - VİDEO

65557

Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqının səkkizinci ildönümü münasibətilə paytaxt Moskvadakı “Lujniki” stadionunda keçirilən mitinqə qatılıb.

Bizim.Media xəbər verir ki, üzərində “Z” hərfi olan bayraqlar dalğalandıran minlərlə insanın qarşısında çıxış edən Rusiya lideri ölkəsinin Ukraynada keçirdiyi hərbi əməliyyatı yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Kiyevin mühasirəsindən danışdı: "Sona qədər davam edəcəyik"


"Donbasda hərbi əməliyyatın məqsədi insanları soyqırımdan xilas etmək idi. Rusiya hökuməti Krımı və Sevastopolu inkişaf etdirmək üçün çox şey etdi. Krımlılar neo-nasistlərə qarşı mübarizə apararkən düzgün hərəkət etdilər", - deyə Putin bildirib.

Qeyd edək ki, V.Putin tçıxış edərkən federal kanallarda yayımı qəfil yarımçıq kəsilib və Oleq Qazmanovun konsertindən kadr göstərilib.

Analoji hadisə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın çıxışı zamanı da baş verib.

Kremlin sözçüsü Dmitri Peskov bunu belə izah edib: “Serverdə texniki nasazlıq olub”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO