Rusiya mediasının Zelenskinin Kiyevdə olmaması ilə bağlı iddiası təsdiqini tapmadı - ARAŞDIRMA  

Hazırda oxunan: Rusiya mediasının Zelenskinin Kiyevdə olmaması ilə bağlı iddiası təsdiqini tapmadı - ARAŞDIRMA  

64646

Ukrayna prezidenti Volodimir Zelenski 13 mart tarixində Kiyev xəstəxanasında yaralı əsgərlərə baş çəkib və onlara medallar təqdim edib.

Rusiya mediası Zelenskinin xəstəxanada çəkilən fotolarda yanında olan qadının fevralın 24-də öldürülən tibb işçisi İnna Derusova olduğunu yazıb.

Bu paylaşımlarla Zelensknin Kiyevdə olmadığı, köhnə videoların yenidən yayımlandığı iddia olunub.

Lakin Bizim.Media-nın araşdırması zamamı məlum olub ki, fotolarda Zelenskinin yanında olan qadın Ukrayna ordusunun Tibb briqadasının generalı Tetyana Ostaşenkodur.

Qeyd edək ki, İnna Derusova ölümündən sonra Ukrayna Qəhrəmanı adını alan ilk qadın oldu.

Derusova fevralın 24-də Sumı vilayətinin Axtırka şəhərində ezamiyyətdə olub. İnna Derusova həyatını riskə ataraq 10-dan çox hərbçini xilas edib. Qadın qəhrəman yaralılara yardım edərkən rus qoşunlarının artilleriya atəşi nəticəsində həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO