Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı

Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı

Hazırda oxunan: Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
639073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda adı hallanan keçmiş həbsxana həkimi Turgay Tamer İstanbuldakı evində ölü tapılıb.

Bizim.Media  “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə İstanbulun Büyükçekmece rayonunda qeydə alınıb.

Məlumata görə, Tamerin 12 gün əvvəl xaricə gedən həyat yoldaşı Marina Tamer evə qayıtdıqda ərini yerdə hərəkətsiz vəziyyətdə tapıb.
 

Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırmalardan sonra keçmiş həkimin ölümü şübhəli hesab edilib. Turgay Tamerin cəsədi dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna (Adli Tıp) göndərilib.

 

Xatırladaq ki, keçmiş həbsxana həkimi T. Tamer daha əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həbsxanada müəmmalı şəkildə vəfat edən əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmış, daha sonra isə buraxılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO