Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Hazırda oxunan: Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı
637762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb.

Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 21:05-ə olan məlumatına görə, hakim "Vahid Rusiya" partiyası bülletenlərin 13,88%-i sayıldıqdan sonra federal siyahıda səslərin 57,54%-ni toplayıb.

Mərkəzi Seçki Komissiyası parlamentdə təmsil olunan beş partiyanın yenə dumaya daxil olduğunu açıqlayıb.
 

Hazırda "Vahid Rusiya" birinci yeri tutur. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) ikinci (13,67%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü (9,27%) və "Yeni İnsanlar"dördüncü (7,96%) olub.


İlkin məlumatlar həmçinin “Ədalətli Rusiya”nın (5,16%) 5% baryeri keçdiyini və parlamentdə yer alacağını göstərib.

Qeyd edək ki, dumaya üç günlük seçkilərdə cəmi on partiya iştirak edib (11-ci olan" Yabloko" Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb).

Səslərin sayılmasının 21 sentyabr səhərinə qədər başa çatacağı və seçki nəticələrinin 25 sentyabrdan tez olmayaraq açıqlanacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO