Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı – VİDEO

Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı – VİDEO

Hazırda oxunan: Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı – VİDEO

637493

Ermənistanın sabiq maliyyə naziri Qagik Xaçatryan məhkəmə iclasından sonra məhkəmə binasından tibbi xərəkdə çıxarılıb.

Bizim.Media xəbər verir ki, Xaçatryanın vəziyyəti ağır olduğundan məhkəmə binasının qarşısında təcili tibbi yardım avtomobili gözləyib.

Qeyd edək ki, daha əvvəl sabiq nazir barəsində yeni cinayət işi başlanıldığı açıqlanmışdı. Yeni iş onunla bağlı artıq mövcud olan cinayət işi ilə birləşdirilib.

İstintaqın məlumatına görə, birləşdirilmiş işlər üzrə vurulmuş ümumi zərərin məbləği təxminən 1,5 milyard dollar təşkil edir.

Xaçatryan sentyabrın 2-də həbs edilib. Onun vəkilləri sabiq nazirə qarşı qeyri-insani rəftar tətbiq edildiyini bildiriblər.

Məsələ ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanlarının mövqeyi də diqqət çəkir. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO