İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Hazırda oxunan: İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

633606

İstanbulda şəhər avtobusunun divara çırpılması ilə nəticələnən qəza baş verib. 

Bizim.Media "Milliyet" qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb, onlardan birini xilas etmək mümkün olmayıb.

İnsident Bakı vaxtı ilə təxminən saat 18:00-da, avtobusun Zeytunburnu rayonundakı yaşayış kompleksinin hasarına çırpılması ilə qeydə alınıb. Yaralılardan iki sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə səbəbindən Kennedi şosesində hərəkət qismən dayandırılıb.

İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri) daşıyıcı şirkəti yaydığı press-relizdə qeyd edib ki, qəza sürücünün başqa zolaqdan qəfildən onun qarşısına keçən avtomobillə toqquşmadan yayınmağa çalışması səbəbindən baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO