Gürcüstanın Baş naziri: “Rusiya dövlətimizə qarşı cinayət törədib”

Gürcüstanın Baş naziri: “Rusiya dövlətimizə qarşı cinayət törədib”

Hazırda oxunan: Gürcüstanın Baş naziri: “Rusiya dövlətimizə qarşı cinayət törədib”

630542

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə ərazisinin işğalına görə Rusiyanı ittiham edib.

Bizim.Media xəbər verir ki, Kobaxidze Rusiyanın Gürcüstan ərazilərini işğal edən yeganə dövlət və tərəf olduğunu bildirib.
 

“İşğala gəlincə, burada hər şey tamamilə aydındır. Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib. Bu, Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayət olub. Bu, Gürcüstan dövləti və gürcü xalqına qarşı törədilmiş tamamilə aşkar cinayətdir”, – deyə baş nazir vurğulayıb.


Kobaxidzenin sözlərinə görə, işğaldan sonra Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyinin tanınması baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO