Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Hazırda oxunan: Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

628930

Gürcüstan hakimiyyəti ABŞ ilə əlaqələri davam etdirir və iki ölkə arasında strateji tərəfdaşlığın bərpa olunacağına ümid edir.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tbilisi ABŞ tərəfi ilə müntəzəm təmas saxlayır və Vaşinqtonun da qarşılıqlı addımlar atacağını gözləyir.

"Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağı ilə bağlı nikbin gözləntilərimizi qoruyuruq. Amerikalı tərəfdaşlarımızla əlaqələri davam etdiririk. Ümid edirik ki, qarşı tərəfdən də müvafiq addımlar atılacaq və nəticədə strateji tərəfdaşlıq bərpa olunacaq. Bu bizim məqsədimizdir və ABŞ tərəfinin cavab addımlarını səbirlə gözləyirik", – deyə Kobaxidze vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO