İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

Hazırda oxunan: İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

627898

Bu gün səhər saatlarında edam edilən yanvar etirazları zamanı saxlanılmış Əbülfəzl Sepahi Bədcani və Əmirhüseyn Səfəri Hüseynabadinin ölüm hökmünə etiraz olaraq İranda dünəndən etibarən etiraz aksiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, ölüm hökmünə məhkum edilmiş məhbusların ailələri və digər etirazçılar İsfahandakı Əlixani meydanında toplaşıblar.

Bildirilir ki, etirazçılarla İranın xüsusi təyinatlı qüvvələri arasında qarşıdurmalar yaşanıb.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri edamın icra olunduğu əraziyə motosikletlər, zirehli texnika və ağır silahlar yerləşdirib. İsfahan şəhərində internet bağlantısında da məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO