Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Hazırda oxunan: Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO
623969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın əsas təbliğatçılarından biri, RT kanalının baş redaktoru Marqarita Simonyan Rusiya vətəndaşlarına müraciət edərək, ölkədəki çətinliklərə dözməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Simonyan çıxışında Rusiyada mövcud vəziyyəti müharibənin yox, məhz vətəndaşların təşvişinin pisləşdirdiyini iddia edib.

Təbliğatçı keçmişdəki qıtlıq illərini xatırladaraq, insanların ərzaq kartları ilə yaşamalı olduğu dövrlərə işarə edib və buna baxmayaraq, xalqın çətinliklərə dözdüyünü vurğulayıb.

Simonyan hazırkı şəraitin sadəcə "uşaq oyuncağı" olduğunu bildirərək, qarşıdakı dövrdə vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı xəbərdarlıq edib:

"Gələcəkdə hər şey daha pis ola bilər. Terror aktları və insanlara qarşı sui-qəsd cəhdləri başlayacaq. İndiki durum sadəcə xırda bir epizoddur, ona görə də daha səbirli olmaq lazımdır".

Simonyanın bu çıxışı ictimaiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO