Ermənistanda müxalifət yeni mübarizə mərhələsinə keçir: 5 partiyadan birgə bəyanat

Ermənistanda müxalifət yeni mübarizə mərhələsinə keçir: 5 partiyadan birgə bəyanat

Hazırda oxunan: Ermənistanda müxalifət yeni mübarizə mərhələsinə keçir: 5 partiyadan birgə bəyanat

623355

Ermənistan Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı çıxardığı qərardan sonra ölkədəki 5 müxalif siyasi qüvvə hakimiyyət dəyişikliyi uğrunda mübarizənin yeni mərhələsinə başladıqlarını elan edib.

Bizim.Media xəbər verir ki, "Güclü Ermənistan", "Ermənistan" blokları, "Çiçəklənən Ermənistan", "Erməni Milli Konqresi" və "Milli-Demokratik Qütb" partiyalarının yaydığı birgə bəyanatda siyasi gündəliyin həyata keçirilməsi üçün səylərin birləşdiriləcəyi bildirilib.

Sözügedən müxalif qüvvələrin prioritet hədəfləri arasında konstitusiya dəyişikliklərinə qarşı mübarizə, Erməni Apostol Kilsəsinin qorunması və siyasi məhbusların azad edilməsi kimi məsələlər yer alır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO