Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Hazırda oxunan: Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO
622091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada yanacaqdoldurma məntəqələrində yaranan sıxlıq və gərginlik fonunda sürücülər arasında qanlı insident baş verib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə yanacaq almaq üçün növbədə gözləyən bir kişinin qadın sürücülərə qarşı fiziki zorakılıq tətbiq etdiyi əks olunub.
 

Məlumata görə, tərəflər arasında növbə üstündə başlayan şifahi mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Təcavüzkar hərəkətləri ilə seçilən şəxs qadınların polis çağırılacağı ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayaraq, onlara zərbələr endirib. Hadisə nəticəsində qadınlardan birinin üz nahiyəsindən ciddi xəsarət aldığı və qanaxma yarandığı qeyd olunur.


Zərərçəkmiş şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda faktla bağlı araşdırma aparıldığı və xuliqanlıq törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görüldüyü bildirilir.

Qeyd edək ki, son dövrlərdə Rusiyanın bir sıra regionlarında yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranması sürücülər arasında gərginliyin artmasına səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO