İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Hazırda oxunan: İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

619273

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 7-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrini rəsmən təsdiqləyib. Qərardan dərhal sonra ölkədə daxili siyasi gərginlik yenidən pik həddə çatıb. Seçkilərin nəticələri ilə razılaşmayan müxalifət qüvvələri hazırda MSK binası qarşısında etiraz aksiyası keçirir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, rəsmi nəticələr ölkədəki milyarderlərin rəhbərlik etdiyi blokların parlament planlarını alt-üst edib.

Paşinyan təkbaşına hökumət qurur, Çarukyan kənarda qaldı

MSK-nın təsdiq etdiyi rəsmi rəqəmlərə əsasən, səslərin paylanması aşağıdakı kimi olub:

"Vətəndaş Müqaviləsi" Partiyası (Nikol Paşinyan) — 726 819 səs (49,7456%). Bu nəticə ilə fəaliyyətdə olan baş nazirin partiyası parlamentdə çoxluğu təmin edərək təkbaşına hökumət qurmaq səlahiyyəti qazanıb.

"Güclü Ermənistan" Bloku (Rusiyada fəaliyyət göstərən milyarder Samvel Karapetyan) — 340 600 səs (23,2710%).

"Ermənistan" Bloku (Keçmiş prezident Robert Köçəryan) — 144 983 səs (9,9231%).

"Çiçəklənən Ermənistan" Partiyası (Milyarder Qagik Çarukyan) — 3,893%. Partiyalar üçün müəyyən edilmiş 4 faizlik keçid baryerini aşa bilməyən Tsarukyanın siyasi qüvvəsi bu dəfə parlamentdən kənarda qalıb.

Müxalifət nəticələri tanımır
 

Seçki komissiyasının qərarını "saxtakarlıq" adlandıran müxalifət liderləri öz tərəfdarlarını küçələrə çağırıblar. Hazırda MSK binasının ətrafına çoxlu sayda polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.


Etirazçılar seçkilərin nəticələrinin ləğv olunmasını və səslərin yenidən yoxlanılmasını tələb edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO