Poroşenko: “Bu müharibə təkcə Ukraynaya deyil, vahid Avropaya qarşıdır” – VİDEO

Hazırda oxunan: Poroşenko: “Bu müharibə təkcə Ukraynaya deyil, vahid Avropaya qarşıdır” – VİDEO

61717

“Ölkəyə birlik və qətiyyətli hərəkət lazımdır! Çünki söz vaxtı bitdi. Bizim torpaqda düşmən var. Ukraynanı müdafiə müdafiə etməliyik!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsinin canlı yayımında Ukraynanın sabiq prezidenti Petro Poroşenko səsləndirib.

“İndi biz Kiyevi müdafiə etmək üçün təcrübəli hərbçilərdən ibarət hərbi qərargah yaradırıq. Kiyev dayansa, Ukrayna da dayanacaq.

Mən kişiləri öz şəhərləri üzrə müdafiə məntəqələrinə gəlməyə çağırıram. Ərazi müdafiəsi dərhal silah, rabitə vasitələri, pilotsuz uçuş aparatları, yanacaq, təchizat, ərzaq və dərman vasitələri, tank əleyhinə vasitələrlə təmin edilməlidir. Hər kəs hərbi rəhbərliyə tabe olmalı, komandanlığın əmrlərinə əməl etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Poroşenkodan Putinin “sığınacaq” söhbətinə CAVAB: “Bunu özümüz Ukraynada həll edərik”


Səmərəli mübarizə üçün nizam-intizam mühüm şərtdir. Bu gün hər bir ukraynalının yalnız bir bayrağı var: mavi və sarı.

Hər kəs sabitliyi qorumaq üçün növbəyə durub ordumuzun etibarlı arxası olmalıdır. Panikaya düşmək lazım deyil. Rusiyanın saxta xəbərlərini yaymayın. Onlar atəş edənədək yıxılmayın. Könüllülərin və ən əsası Ukrayna Silahlı Qüvvələrinin dəstəyi suverenliyimizin təminatıdır.

Biz ukraynalılar bir ailəyik. Müharibə aparırıq. Gəlin bir-birimizə kömək edək. Küçələrimizdə patrul xidməti yaradaq, qarətçilərə və təxribatçılara cavab vermək üçün ictimai təhlükəsizliyimizi qoruyaq.

Və hər ev bizim üçün qala, onlar üçün isə cəhənnəm olmalıdır. Biz birlikdə hərəkət etməliyik. Zəhmət olmasa ərazimizə düşən hər bir mərmini, hər bir fraqmenti sənədləşdirin, çünki bu, Putini, təcavüzkar ölkə kimi Rusiya Federasiyasını ittiham etmək üçün əsas olacaq.

Biz Qərb müttəfiqlərini təcavüzkar dövlətə və nəhayət, birbaşa Putinə qarşı sanksiyalara başlamağa çağırırıq.

Bu gün dünya son illüziyalarını itirdi. Və bu müharibə təkcə Ukraynaya qarşı deyil. Bu, vahid Avropaya qarşı müharibədir. Bütün sivil dünyaya qarşı müharibədir. Amma biz ön cəbhədəyik.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının bu günü Xalq Müqavimət Günü olmalıdır. Bu, dünyanın ən yaxşı ölkəsi olan Ukraynanı xilas etmək üçün yeganə şansdır. Ukraynaya eşq olsun”, deyə o, qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO