Poroşenkodan Putinin “sığınacaq” söhbətinə CAVAB: “Bunu özümüz Ukraynada həll edərik”

Hazırda oxunan: Poroşenkodan Putinin “sığınacaq” söhbətinə CAVAB: “Bunu özümüz Ukraynada həll edərik”

0:00
0:00
59142

Ali Radanın deputatı, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Rusiya lideri Vladimir Putinin ona Rusiya Federasiyasında siyasi sığınacaq verilməsi təklifinə “bunu özümüz (Ukraynanı nəzərdə tutur) həll edərik” sözləri ilə cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Poroşenko cinayət təqibini Ukrayna prezidenti Vladimir Zelenskinin “Putinə hədiyyə etmək” istəyi kimi qiymətləndirib. Parlament Ukrayna prezidentini ölkəni qorumaq üçün "öz səylərini hüquq-mühafizə orqanlarının səyləri ilə birləşdirməyə” çağırıb. 

“Vladimir Vladimiroviç (Putin) nəhayət başa düşsün ki, biz bunu Ukraynada özümüz həll edəcəyik”. Agentlik Poroşenkonun sözlərindən sitat gətirib.

Bundan əvvəl Putin Moskvada Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Poroşenkoya Rusiyada siyasi sığınacaq verməyə hazır olduğunu bildirib.

“Biz bunu onun siyasətini bəyənib-bəyəndiyimizə görə yox, humanitar səbəblərə görə edirik”, deyə o, əlavə edib.
Ukraynada Poroşenko Donbassdan kömür tədarükü məsələsində dövlətə xəyanətdə və terrora yardımda şübhəli bilinir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO