Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Hazırda oxunan: Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

609939

Türkiyə və İspaniya Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanmış Hürjet təlim-məşq təyyarələrinin ixracı ilə bağlı razılaşmanı rəsmən elan ediblər.

Bizim.Media xəbər verir ki, layihə Airbus ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, razılaşma “bu gündən etibarən bütün dünyaya rəsmən elan olunur” və iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.
 

Məlumata görə, təyyarələrin bir hissəsi Türkiyədə, bir hissəsi isə İspaniyada istehsal ediləcək. İspaniya ordusu Hürjet bazasında hazırlanacaq 30 təlim təyyarəsi alacaq. Layihənin dəyərinin təxminən 2,6 milyard avro olduğu bildirilir.


Təyyarələrin tədarükünə 2028-ci ildən başlanması planlaşdırılır. İlk Hürjetlərin 2029-2030-cu illərdə İspaniya Hərbi Hava Qüvvələrinin təlim proqramlarına daxil ediləcəyi gözlənilir.

İspaniya Müdafiə Nazirliyində bildirilib ki, Hürjet təyyarələri köhnəlmiş F-5 təyyarələrini əvəz edəcək və ölkənin daha müasir, avtonom müdafiə sisteminə keçidində mühüm rol oynayacaq.
 

Görgün isə layihənin NATO müttəfiqləri üçün nümunə ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə üçüncü ölkələrin bazarları üçün birgə məhsulların hazırlanması və ixracına da imkan yaradacaq.


Layihə çərçivəsində təxminən 2500 iş yerinin yaradılması nəzərdə tutulur. Airbus-un layihədə İspaniya sənayesinin əsas koordinatoru kimi çıxış edəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO