Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Hazırda oxunan: Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...
609003
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "kvirispalitra.ge" portalı məlumat yayıb.

“Hökmə əsasən, Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib, onun əmlakı — İspaniyadakı torpaq sahəsi və ev, həmçinin Tbilisinin Tsxneti rayonundakı ev və dayanacağı müsadirə olunub”, - nəşrin məlumatında deyilir.

Qeyd edilib ki, onunla birlikdə müavini Georgi Xaindrava və qaynı Vasili Mxeidze də həbs cəzasına məhkum ediliblər.

Burçuladze 22 fevral 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Gürcüstan Müdafiə Nazirliyinə rəhbərlik edib.

Burçuladze 2025-ci ilin sentyabrında həbs edilib. Prokurorluğun məlumatına görə, nazir 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Müdafiə Nazirliyinin hərbi hospitalı üçün tibbi cihazın alınması prosesində saxta sövdələşmələrin bağlanması nəticəsində dövlətə 1 333 728 lari (təxminən 495 min dollar) məbləğində ziyan vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO