Gürcüstanda vitse-prezident postu təsis olundu

Gürcüstanda vitse-prezident postu təsis olundu

Hazırda oxunan: Gürcüstanda vitse-prezident postu təsis olundu

608496

Gürcüstanın hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi hökumət strukturuna əlavə olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.
 

Hökumət başçısının sözlərinə görə, sözügedən vəzifəni Mamuka Mdinaradze tutacaq və ona Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunacaq. M.Mdinaradze vitse-prezident vəzifəsini də icra edəcək.


Bundan başqa, xarici işlər naziri Maka Boçorişviliyə Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunub.

Bununla da, Baş nazirin hökumətin tərkibində üç müavini olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO