Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

Hazırda oxunan: Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

607586

"Grinex" kriptorubl birjası Qərb xüsusi xidmət orqanları tərəfindən öz xidmətlərinə qarşı həyata keçirilmiş məqsədli hücum baş verdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Grinex"in mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Hücum nəticəsində Rusiya istifadəçilərinə məxsus bir milyard rubldan (təxminən 22.2 milyon manat - red.) artıq vəsaitin oğurlandığı bildirilir. Hadisədən sonra birja fəaliyyətini müvəqqəti dayandırıb.

Hazırda "Grinex"in saytı əlçatan deyil, əsas səhifədə texniki işlərin aparıldığı qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO