Rusiyadan Bakıya uçuşların sayı artırılır – 2 dəfə çox reys 

Rusiyadan Bakıya uçuşların sayı artırılır – 2 dəfə çox reys 

Hazırda oxunan: Rusiyadan Bakıya uçuşların sayı artırılır – 2 dəfə çox reys 

60272

Rusiyanın “Ural Hava Yolları" şirkəti martın 6-dan Yekaterinburqdan Bakıya uçuşların sayını iki dəfə artıracaq.

Bizim.Media aviaşirkətə istinadən xəbər verir ki, həmin tarixdən Yekaterinburqdan Bakıya aviareyslər cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Aviadaşıyıcı həmçinin martın 30-dan Jukovski-Bakı-Jukovski marşrutu üzrə Azərbaycana uçuşların sayını iki dəfə artıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyev-Gəncə reysi üzrə uçuşlar bu tarixdən başlayacaq – Həftədə 2 uçuş 


Hazırda aviadaşıyıcı hər cümə axşamı bu istiqamətdə aviareyslər həyata keçirir, qeyd olunan tarixdən isə uçuşlar çərşənbə və şənbə günləri olacaq. 

Bundan əlavə, “Ural Hava Yolları” martın 9-dan 23-nə qədər Krasnodar - Bakı - Krasnodar marşrutu üzrə çərşənbə günlərində, martın 31-dən isə cümə axşamı günlərində uçuşlar yerinə yetirəcək.

“Ural Hava Yolları” həmçinin İrkutsk - Bakı - İrkutsk (cümə günləri) və Krasnoyarsk - Bakı - Krasnoyarsk (şənbə günləri) marşrutları üzrə uçuşlar həyata keçirir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO