Türkiyə və Ermənistanı Moskvaya aparan SƏBƏB: Kremldə hansı plan qurulub? 

Hazırda oxunan: Türkiyə və Ermənistanı Moskvaya aparan SƏBƏB: Kremldə hansı plan qurulub? 

55592

Azərbaycanla paralel olaraq, Türkiyənin də Ermənistanla danışıqlarının başlaması məntiqlidir və bu regionda sülh, əməkdaşlıq mühitinin formalaşması mənafeyinə xidmət göstərir.

Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamasında siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov bildirib.

Belə ki, Türkiyə-Ermənistan dialoqunun ilk raundunun Moskvada keçirilməsini şərh edən deputat, ilk növbədə tərəflər arasında münasibətlərin normallaşmasına gətirib çıxaran səbəblərdən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Ermənistan danışıqları başa çatdı - Moskvada mühüm razılaşma - VİDEO


Müsahibimizin fikrincə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq fonunda Bakı-İrəvan danışıqları start götürüb. Bununla birlikdə, regionda əməkdaşlıq və stabillik mühitinin formalaşmasında Türkiyənin də Ermənistanla münasibətləri normallaşdırmasının zəruriliyi Elman Nəsirov tərəfindən vurğulanıb.

Millət vəkili fikirlərinin davamında, görüşün Moskvada keçirilməsinin qeyri-adi hadisə olmadığını qeyd edib:

“Türkiyə-Ermənistan arasında normallaşma prosesində Rusiya iştirak etmir. Sadəcə olaraq, görüşün Moskvada keçirilməsinin mənası ondan ibarətdir ki, Kreml həm həmsədrdir, həm də münaqişənin həllində fəal iştirak edib. Moskva danışıqlar prosesinin yaxın iştirakçısıdır və Ermənistan üzərində də ciddi təsir mexanizmlərinə malikdir.

Əslində, regionda sülh prosesinin formalaşmasında Rusiya və Türkiyə paralel şəkildə iştirak edir. Bu nöqteyi-nəzərdən Rusiya burada kənar oyunçu qismində çıxış etmir, ən fəal oyunçulardan biridir. Bu məntiqlə yanaşdıqda, görüşün Moskvada keçirilməsində, qeyri-adi bir şey yoxdur. Bu əslində ona dəlalət edir ki, Azərbaycanın, Türkiyənin, Rusiyanın və Ermənistanın səyləri bir nöqtəyə vurduğu təqdirdə, post müharibə dövrünün problemlərinin həlli mümkün ola bilər”.

Elman Nəsirov Ermənistan üçün dialoqda aktiv iştirakdan başqa alternativin olmadığını da vurğulayıb:

“Hadisələrin gedişi onu göstərir ki, Ermənistan istəsə də, istəməsə də onun üçün hər hansı alternativ yoxdur. Yeganə alternativ müharibə ola bilər. Bu isə Ermənistan üçün sonun başlanğıcı olacaq. İrəvan danışıqlarda maraqlı olmalıdır. Hesab edirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması nəticə etibarılə regionda çoxdandır gözlənilən sülhün bərqərar olması üçün münbit şəraiti təmin edəcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO