İrəvandan İstanbula həftədə üç dəfə avia reys açıldı – DETALLAR

İrəvandan İstanbula həftədə üç dəfə avia reys açıldı – DETALLAR

Hazırda oxunan: İrəvandan İstanbula həftədə üç dəfə avia reys açıldı – DETALLAR

47503

“Flyone Armenia” avia şirkəti dekabrın 15-dən Zvartnots Beynəlxalq Hava Limanından 7 istiqamətə birbaşa xarici uçuşlar həyata keçirməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bunların arasında İstanbulun adının çəkilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki heç bir diplomatik bağlantısı olmayan hər iki ölkə artıq avia reyslər açmaq fikrinə düşüblər.

Reyslərin həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə) həyata keçiriləcəyi gözlənilir. 
 

Xatırladaq ki, “Flyone Armenia” aviaşirkəti (de-fakto onun həmtəsisçisi – biznesmen və “Dövlət Dumasının” deputatı Xaçatur Sukiasyandır) oktyabrın 29-da hava daşımaları həyata keçirmək üçün icazə alıb.


Qeyd edək ki, şirkətin digər reysləri Moskva (hər gün -Vnukovo), Tehran (cümə axşamı və bazar), Lyon (çərşənbə və şənbə), Tel-Əviv (cümə axşamı və bazar), Krasnodar (bazar ertəsi və cümə), Tiflis (çərşənbə və şənbə) və Kutaisiyə (cümə axşamı və bazar) nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO