Hulusi Akar: “Ümid edirəm ki, Ermənistan səhv etməyəcək”

Hazırda oxunan: Hulusi Akar: “Ümid edirəm ki, Ermənistan səhv etməyəcək”

37158

Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycanla “Şahin Tur-Az 2021” hərbi təlimləri çərçivəsində baş tutan tədbirdə deyib ki, Ankara Bakıya qarşı hər hansı bir təhdidi şəxsi təhdid kimi qəbul edir.

Bizim.Media xəbər verir ki, Hulusi Akar çıxışında Ermənistanla münasibətlərə və "gözləntilərə" də toxunub. 
 

MÖVZU İLƏ BAĞLI:

"Tələbimiz Ermənistanın atəşkəsə əməl etməsidir" - Hulusi Akar 


Akarın sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri Ermənistana sülh əlini uzadıblar:

“Bu günə qədər təəssüf ki, heç bir cavab alınmadı, lakin bəzi ön şərtlər var. Məqsədimiz tərəflərin sülh, təhlükəsizlik və firavanlıq içində yaşamasıdır. Ermənistanın atəşkəs rejiminə riayət edəcəyinə, səhv etməyəcəyinə və bölgədə atəşkəsin daimi olacağına, sabitliyin təmin olunacağına ümid edirik”, - deyə Türkiyənin müdafiə naziri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin