Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi – NƏTİCƏ BU GÜN BİLİNƏCƏK 

Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi – NƏTİCƏ BU GÜN BİLİNƏCƏK 

Hazırda oxunan: Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi – NƏTİCƏ BU GÜN BİLİNƏCƏK 

36455

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər:

“Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər.Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.  


Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO