
- A-
- A
- A+
Şurnuxu kəndinin başçısı: “Blokada vəziyyətindəyik”
Hazırda kəndimiz blokada vəziyyətinə düşüb.
Bizim.Media xəbər verir ki, bunu Şurnuxu kəndinin başçısı Akop Arşakyan avqustun 26-da news.am saytına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ
O, izah edib ki, kəndi ərzaqla təmin etmək və xəstələri təxliyə etmək üçün indi alternativ yollar məsələsi sərhədçilərlə müzakirə olunur:
“Kənddə vəziyyət normaldır, alternativ yolun qurulması 10-15 gün çəkəcək”.
Bardzravan kəndinin başçısı Onik Avakyan, öz növbəsində, meşənin yaxınlığında Tatevə gedən yolun olduğunu, lakin çox pis vəziyyətə düşdüyünü deyib:
"O yolla yalnız yolsuzluq avtomobilləri ilə hərəkət edə bilərsiniz. Buna görə də hərəkət dayandırılıb”.
Qeyd edək ki, dünən gecədən bəri Azərbaycan hərbçiləri Zəngəzurda Gorus-Qafan yolunu bağlayıb.
Nəticədə Şurnuxu, Şahverdilər və Bardzravan kəndləri Gorus və Qafanı birləşdirən əsas yollardan məhrum edilib. Alternativ yollar isə elə vəziyyətdədir ki, sakinlər onlardan istifadə edə bilmirlər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































