"Azərbaycanlı hərbçilər Gorus-Qafan yolunu bağlayıb" - Ermənistan Ombudsmanının İDDİASI

Hazırda oxunan: "Azərbaycanlı hərbçilər Gorus-Qafan yolunu bağlayıb" - Ermənistan Ombudsmanının İDDİASI
34276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təxminən 50-yə yaxın azərbaycanlı hərbçi David-Bek kəndi yaxınlığındakı Gorus-Qafan dövlətlərarası yolu 3 saatdır ki, bağlayıb və açmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan Ombudsmanı Arman Tatoyan çıxış edib.

"Uşaqlar, qadınlar, qocalar da daxil olmaqla bütün mülki əhalinin hərəkəti məhduddur.

Vətəndaşlardan çoxsaylı mesajlar alırıq, hamısı yoxlanılıb. Mən bu təhlükə barədə dəfələrlə xəbərdarlıq etmişəm və dövlətin təcili olaraq nə etməli olduğunu söyləmişəm: Zəngəzur mahalında, icmalar arasındakı yollarda Azərbaycan hərbçilərinin olması düzgün deyil. 
 

Faktlar göstərir ki, bu, Ermənistan Respublikasının mülki əhalisinə qarşı əvvəlcədən planlaşdırılıb.


Bilirəm ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar və onların səyləri ilə mülki maşınlar çıxarılıb. Doğrulanmış məlumatlara görə, danışıqlar səhər saatlarında davam edəcək. Azərbaycanlılar yolu açmaqdan imtina edir”, deyə Tatoyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO