Zərərçəkmiş şəxs Şuşanın işğalından DANIŞDI: “Bombalar yağış kimi yağırdı”

Zərərçəkmiş şəxs Şuşanın işğalından DANIŞDI: “Bombalar yağış kimi yağırdı”

Hazırda oxunan: Zərərçəkmiş şəxs Şuşanın işğalından DANIŞDI: “Bombalar yağış kimi yağırdı”
245930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Həsənov ifadəsində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.

Bizim.Media xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.

“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO