“Azərbaycan Ordusu Zəngəzurda mövqelərini 3 km irəli çəkib” – Gorus merinin müavini 

“Azərbaycan Ordusu Zəngəzurda mövqelərini 3 km irəli çəkib” – Gorus merinin müavini 

Hazırda oxunan: “Azərbaycan Ordusu Zəngəzurda mövqelərini 3 km irəli çəkib” – Gorus merinin müavini 

20920

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Zəngəzur mahalı (Sünik) istiqamətində irəliləyib.

Bizim.Media xəbər verir ki, məlumatı “Sputnik Ermənistan”a müsahibəsində Gorus merinin müavini Menya Ovsepyan təsdiqləyib.

Onun sözlərinə görə, düşmənin əvvəlki mövqelərinə çəkilməsi üçün danışıqlar aparılır. Eyni zamanda, o, ərazidə atışma olduğu barədə şayiələri də rədd edib.

Goris merinin digər müavini İrina Yolyan da öz növbəsində düşmənin İşxanasar sektorundakı dövlət sərhədini keçdiyini və Verişen istiqamətində üç kilometr irəlilədiyini deyib:

“Düşmənin yüzlərlə hərbçisi təmas xətti boyunca yerləşdirilib. Buradakı Qara gölün 30% -i onların ərazisindədir, lakin Azərbaycan tərəfi su hövzəsini tamamilə nəzarətə götürməyə qərar verib”.

Bundan əvvəl Ermənistanın bir sıra Telegram kanalları İşxanasar icması istiqamətində Azərbaycan Silahlı Qüvvələri ilə toqquşmaların getdiyini bildirmişdi. 

Eyni zamanda, nəşrlər Ermənistan ordusunun döyüş hazırlığına gətirilməsi barədə də məlumatlar tirajlayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO