“Zəngəzurda 102-ci Rusiya hərbi bazasının iki istinad məntəqəsi yaradıldı” - Paşinyan

“Zəngəzurda 102-ci Rusiya hərbi bazasının iki istinad məntəqəsi yaradıldı” - Paşinyan

Hazırda oxunan: “Zəngəzurda 102-ci Rusiya hərbi bazasının iki istinad məntəqəsi yaradıldı” - Paşinyan

19921

Ermənistanın cənubunda Azərbaycan və İranla həmsərhəd olan Zəngəzur mahalında (Sünik) 102-ci Rusiya hərbi bazasının iki güclü istinad məntəqəsi yaradılıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Bizim.Media xəbər verir ki, məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Zəngəzur mahalında (Sünik) 102-ci Rusiya hərbi bazasının iki güclü istinad məntəqəsi yaradıldı. Bu, yalnız Zəngəzurun deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir". Paşinyan bildirib.

Aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci Rusiya hərbi bazasının Zəngəzur mahalında güclü istinad məntəqəsi yaratmaq imkanlarını müzakirə etdiklərini açıqlayıb.

O, qeyd edib ki, Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin əsasını Ermənistan-Rusiya hərbi ittifaqı təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO