Azərbaycan Zəngəzurda yeni əraziləri geri alır - Qazaxıstanda yaşayan erməni yazdı

Hazırda oxunan: Azərbaycan Zəngəzurda yeni əraziləri geri alır - Qazaxıstanda yaşayan erməni yazdı

19083

Ermənistandan deportasiya olunan Qazaxıstan vətəndaşı, “Orbeli” mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan Telegram kanalında Zəngəzur mahalı ilə bağlı video yayımlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

"Ermənistanın mövcud hakimiyyət orqanlarının əmri ilə Ermənistan Respublikasının cənub-şərqində, Zəngəzur mahalında (Sünik) erməni tərəfi birtərəfli qaydada strateji mövqeləri Azərbaycana verir”, deyə o, qeyd edib.

Söhbətin hansı ərazidən getdiyi açıqlanmır.

Ovannisyanın bu iddialarına rəsmi İrəvan hələ münasibət bildirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO