Fransa “Böyük Ermənistan”a çevrilib - Zahid Oruc 

Fransa “Böyük Ermənistan”a çevrilib - Zahid Oruc 

Hazırda oxunan: Fransa “Böyük Ermənistan”a çevrilib - Zahid Oruc 
187805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan və Yeni Kaledoniya parlamentləri arasında əməkdaşlığa dair memorandum xüsusi əhəmiyyətə malikdir və gələcək birgə fəaliyyətin yol xəritəsidir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Zəfəri ilə Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğradıb:

"Tarixi müstəmləkəçilikdən ibarət olan Fansanın son 30 illik müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən siyasəti indi açıq səhnəyə çıxıb. 

Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa məhkəməsi, BMT Ədalət Məhkəməsi, Lemkin institutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə  Cənubi Qafqazda yenidən mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib. Təəssüf ki, Fransa “Böyük Ermənistan”a çevrilib. Parisə Qafqazda sülh gərək deyil”. 
Zahid Oruc qeyd edib ki, bu günlərdə Qarabağdan çıxan Rusiya sülhməramlı qüvvələrinin qansız-qadasız bölgədən iki dövlət rəhbəri arasında yüksək razılaşma ilə çıxarılması nəinki Fransanı, o cümlədən Amerikanı narahat edib:

"Onlar qanlı toqquşmalar gözləyirdilər, lakin ona nail ola bilmədilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO