Paşinyan: “Ölkəmizin suverenliyinə özümüz xələl gətirdik”

Hazırda oxunan: Paşinyan: “Ölkəmizin suverenliyinə özümüz xələl gətirdik”

186728

Azərbaycanın ərazi bütövlüyünü tanımaqla faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanıdıq.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tarixən bu ölkələrin (Azərbaycan və Türkiyə nəzərdə tutulur) əhatəsində olan ölkədir. Onların ərazi bütövlüyünü tanımırsansa, öz ölkənin varlığını da tanımırsan:

“Onlar bizi bu vəziyyətə gətirdilər və nəticədə özümüz də ölkəmizin suverenliyinə xələl gətirdik”.

“Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan daha çox sevməkdən imtina edirəm” deyə o, şikayətlənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO