Ermənistanın basdırdığı minalar qazıntı işlərinin aparılmasına maneə yaradır - BƏYANAT

Hazırda oxunan: Ermənistanın basdırdığı minalar qazıntı işlərinin aparılmasına maneə yaradır - BƏYANAT

185622

Dövlət Komissiyası: Ermənistanın basdırdığı minalar məzar yerlərində axtarış və qazıntı işlərinin aparılmasına maneə yaradır.

Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələləridə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır.

Bizim.Media xəbər verir ki, bu, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd edilib.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.
Vurğulanıb ki, bir çox hallarda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.

"Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir", - məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO