Bloomberg Ermənistanın ikiüzlüyünü ifşa etdi

Bloomberg Ermənistanın ikiüzlüyünü ifşa etdi

Hazırda oxunan: Bloomberg Ermənistanın ikiüzlüyünü ifşa etdi

148991

ABŞ-ın “Bloomberg” agentliyi Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etmək məqsədi daşıyan gizli fəaliyyətini ifşa edib. İrəvan artıq ötən ilin noyabrında Rusiyaya qadağan olunmuş malların daşınmasında şübhəli bilinib, ABŞ və Aİ-nin müvafiq xidmətlərinin diqqətinə düşüb.

Bizim.Media xatırladır ki, ötən ilin yayında Rusiyadan qaçan "Milandr"ın keçmiş direktoru Mixail Pavlyuk beynəlxalq cinayətkar qruplaşmada rol oynadığına görə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb.

O, Tayvan, Ermənistan və İsveçrənin saxta şirkətləri vasitəsilə Rusiyaya yarımkeçiricilər satıb.

ABŞ hökuməti iddia edir ki, Pavlyuk Rusiyanın Ukraynaya təcavüzündən iki ay sonra yaradılan və ermənilərə məxsus olan "Milur Electronics LLC" şirkəti vasitəsilə çiplərin Tayvandan Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilməsinə yardım edib.

Bu il ABŞ və Avropa rəsmiləri yarımkeçiricilərin və digər ikili təyinatlı malların təkrar ixracını məhdudlaşdırmaq üçün Ermənistan hökumətinə təzyiqləri artırıblar. Doğrudan da, müharibə başlayandan sonra Ermənistan gözlənilmədən dünyada Rusiyaya yarımkeçiricilər ixrac edən dördüncü ölkə olub.

Aprel ayında ABŞ Maliyyə Nazirinin müavini Uoalli Adeyemo Ermənistana gəlib. O, ölkə rəhbərlərini Rusiya sanksiyalarının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Aİ həmçinin hərbi qaçaqmalçılığa qarşı mübarizəyə, Rusiya Federasiyasına qarşı beynəlxalq sanksiyalardan yayınmağa göz yuman hökumətlər üçün cəzaların sərtləşdirilməsinə rəhbərlik edir. 

İyun ayında Avropa Komissiyası 11-ci sanksiyalar paketini açıqlayıb ki, bu da Aİ-yə üzv dövlətlərə sanksiyalara məruz qalan malların Rusiyaya ötürülməsinin həyata keçirildiyi ölkələrə ixracı məhdudlaşdırmaq hüququ verir.
Koordinasiyalı siyasi və iqtisadi təzyiq kampaniyası Ermənistan və digər ölkələr üçün güclü təhlükə yaradır. Onların bir çoxu öz iqtisadiyyatlarını dəstəkləmək üçün daimi idxal olunan Amerika və Avropa mallarına arxalanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO