Roman Qureviç:

Roman Qureviç: "İsrail və Azərbaycan təcavüzkarın hücumunu dəf etməyə qadirdir"

Hazırda oxunan: Roman Qureviç: "İsrail və Azərbaycan təcavüzkarın hücumunu dəf etməyə qadirdir"

146861

"İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana gəlişi işgüzar səfər olub. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Müdafiə naziri və Sərhəd Xidmətinin rəisi ilə görüşüb. Səfərin məqsədi iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək və bu tərəfdaşlığı genişləndirmək olub".

Bizim.Media xəbər verir ki, bu barədə STMEGI resursuna açıqlamasında israilli politoloq Roman Qureviç danışıb.

Onun sözlərinə görə, 2016-2020-ci illər ərzində Azərbaycana silah idxalının 69%-nin İsrailin payına düşdüyünə dair məlumatlar var.

“Şübhəsiz ki, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və işğal olunmuş torpaqların azad edilməsinə xidmət edib. Son zamanlar ölkələr arasında əməkdaşlıq əsas infrastrukturların qorunması üçün zəruri olan kibertəhlükəsizlik sahəsində də inkişaf edir. Və təsadüfi deyil ki, İsrailin köməyi ilə Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisləri üçün kurslar açılıb.

Müasir dünyada bir çox müharibələr kiberməkanda aparılır və elektrik stansiyaları, neft yataqları, hava limanları və s. kimi həyati əhəmiyyətli infrastrukturların təhlükəsizliyini təmin etmək və qorumaq bacarığı prinsipial əhəmiyyət kəsb edir. Güman edə bilərəm ki, bununla bağlı da söhbət aparılıb”, - deyə R.Qureviç qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycanla İsrail arasında münasibətlər çoxdan tərəfdaşlıq xarakterini aşıb.

“Bunlar ümumi maraqlara əsaslanan möhkəm dostluq münasibətləridir və başa düşmək lazımdır ki, İsrail və Azərbaycan özlərini müdafiə etməyə və təcavüzkarın hücumunu dəf etməyə qadir olan güclü ölkələrdir.
Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq heç bir halda üçüncü ölkəyə qarşı yönəlməyib, yalnız regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Məhz bu səbəbdən regionda sabitliyin, sülhün və rifahın artmasına səbəb olan bu əməkdaşlığın inkişafı və genişləndirilməsi prinsipial əhəmiyyət kəsb edir”, - deyə politoloq bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO