Ermənistanda 44 günlük müharibədən yayınan 11 minə yaxın şəxsə cinayət işi AÇILDI

Hazırda oxunan: Ermənistanda 44 günlük müharibədən yayınan 11 minə yaxın şəxsə cinayət işi AÇILDI

132693

Ermənistanda 756 nəfərə qarşı fərarilik etmələri barədə ittiham irəli sürülüb.

Bizim.Media “Sputnik Armenia” ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, söhbət 44 günlük müharibə və ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi hissəni icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina maddələri ilə ittiham olunan şəxslərdən gedir.

Məlumatda deyilir ki, ümumilikdə 10 687 nəfərə qarşı 1 786 cinayət işi açılıb, 143 şəxs barədə 118 iş məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağda 44 günlük müharibə zamanı 11 min nəfərin fərarilik etdiyini bildirmişdi.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan da Akopyanın bəyanatında səsləndirdiyi rəqəmləri bir qədər də kiçildilmiş adlandırıb.

Koçaryan həmçinin əlavə edib ki, Akopyanın bu rəqəmi haradan aldığını deyə bilməyəcək, lakin bildirib ki, problem böyükdür, hələ də mövcuddur və etiraf edib ki, orduya səfərbər olunanlar çox vaxt əvvəlcədən hazırlıq keçmədən döyüş bölgəsinə göndərilib və bu da kütləvi təşvişə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO