
- A-
- A
- A+
Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirildi
Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib.
Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib.
“Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni o qədər dindirəcəklər", - Paşinyan təsdiqləyib.
O, həmçinin müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb:
“Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Paşinyan bir müddət öncə bildirmişdi ki, istintaq orqanı tərəfindən 53 nəfər dövlətə xəyanətdə ittiham olunur və onların əksəriyyəti hərbçilərdir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































