Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak olub - FOTO

Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak olub - FOTO

Hazırda oxunan: Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak olub - FOTO
119575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayda baş verən zəlzələdə həyatını itirib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə həyatını itirib.

Faktı Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fiqurət Qafarov təsdiqləyib.

Rusiya vətəndaşı olan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində iş adamı olub.

Ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olan E.Əliyev zəlzələnin qurbanı olub. Onun cənazəsinin doğulduğu Salyan rayonuna gətirilməsi istiqamətində işlər aparılır.

Allah rəhmət eləsin!

Bizim.Media

Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak olub - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO